
„Lelo - Güclü Gürcüstan” partiyasının liderlərindən biri Mamuka Xazaradze bildirib ki, o, parlamentin istintaq komissiyasına getmək və "bu sirkdə iştirak etmək" niyyətində deyil.
Aktual.ge xəbər verir ki, Xazaradzenin Facebook-da yazdığına görə, o, heç vaxt ədalətdən qaçmayıb və hakimiyyətə tövsiyə edir ki, əgər nəsə həll edilməli olsa, məhkəməyə müraciət etsinlər.
"Bugün qeyri-legitim parlamentin istintaq komissiyasında məni gözləyirlər. Dəvət də almışam - „Siqnal”da. Əlbəttə ki, ora getmək və bu sirkdə iştirak etmək fikrim yoxdur! Əvvəlcə Bidzinaya dəvət göndərin, çünki o, 'Milli Hərəkatın" əsas maliyyəçisidir - 7 noyabr hadisələrindən sonra da rejimi maliyyələşdirirdi. Yaxşıca soruşun, neçə milyon lari "Milli Hərəkat" partiyasına yatırıb. Bidzinadan sonra, həmçinin, o Milli Hərəkat tərəfdarları olan hakimləri və prokurorları dəvət edin, hansı ki, həm o dövrdə, həm də indi insan haqlarını kobud şəkildə pozurdular və sonra uğurla Gürcü Arzusu partiyasına keçdilər.
Bu parlamenti tanımıram! Seçkiləri zorla ələ keçirmiş və heç bir demokratik ölkənin tanımadığı bir güc, həmçinin onun yaratdığı komissiya qeyri-legitimdir. Bu komissiya siyasi təqiblər üçün bir alət olmaq və mənim adımı batırmağa çalışır. bu cəhdləri artıq 5 ildir ki, davam edir.
Təəssüf edirəm ki, "Gürcü Arzusu" xalqı heç vaxt düşünmür və iqtisadi böhran fonunda xalqın maraqlarını qorumaq əvəzinə, təkpartiyalı komissiyalar icad edir.Məhkəməyə gedin və əgər bir şey varsa, orada müzakirə edək. Bu propagandist komissiya ciddiyyətsiz və gülüncdür!
P.S. "Gürcü Arzusu"nun propagandist hakimiyyəti son 5 ildə bizim əleyhimizə böhtan və yalanlar yayır. Strasburq Məhkəməsi bizim şikayətimizi ötən il qəbul edib və "Gürcü Arzusu"nun böhtanları ilə bağlı işə baxmağa başlayıb. Strasburqun qərarını gözləyin!" - Xazaradze sosial şəbəkədə yazıb.