Meriya 26 May küçəsində piyadalar üçün səkinin tikilməsinə 2 milyon lari xərcləyəcək
25.03.2025 12:55
284
Siyasət
A
Meriya 26 May küçəsində piyadalar üçün səkinin tikilməsinə 2 milyon lari xərcləyəcək

Marneulidə, 26 May küçəsində avtomobil yolunun kənarında piyada səkiləri tikiləcək.

Aktual.ge xəbər verir ki, piyadalar üçün səki şəhərin meydanından başlayaraq "Yenədə Böyüyəcəklər" abidəsinin yerləşdiyi parkadək  çəkiləcək.

Sözügedən işlərin həyata keçirilməsi üçün Marneuli Meriyası 2 308 312 lari dəyərində tender elan edib.

Tenderdə iştirak etmək istəyən namizədlər 2 aprel tarixindən 7 aprelədək təkliflərini təqdim edə bilərlər.

Qeyd edək ki, işlər 160 gün ərzində tamamlanmalıdır.

ŞƏRH YAZ
6