
Gürcüstan və Ermənistan milli komandalarının qarşılaşdığı UEFA Millətlər Liqasının B/C Liqasının ikinci pley-off matçı başa çatdıqdan sonra tribunalarda azarkeşlər arasında iğtişaşlar başlayıb və onlar meydançaya qaçıblar.
Aktual.ge xəbər verir ki, baş vermiş insident UEFA-nın sanksiyalarına səbəb ola bilər.
Məsələ ilə bağlı Gürcüstanın Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili bəyanatyayıb.
O qeyd edib ki, insident Gürcüstan futboluna ziyan vurmaqla yanaşı, ölkənin beynəlxalq imicinə də xələl gətirir:
“Qonaq komandanın azarkeşlərinə qarşı bu cür davranış yolverilməzdir. Baş verənlərə görə UEFA sanksiyalar tətbiq etsə, bu, həm milli yığmaya, həm də gürcü azarkeşlərə mənfi təsir göstərəcək”, – deyə Kobiaşvili bildirib.
Qeyd edək ki, görüşdə Gürcüstan millisis6:1 hesabı ilə qalib gəlib, ilk görüşdə də gürcülər 0:3 hesabı ilə üstün olub.