SON DƏQİQƏ! Hacı Hacıyev Ramazan bayramının tarixini AÇIQLADI
29.03.2025 20:13
3518
Din
A
SON DƏQİQƏ! Hacı Hacıyev Ramazan bayramının tarixini AÇIQLADI

"Mart ayının 31-i Ramazan bayramıdır".

Bu barədə Aktual.ge xəbər portalına Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidinin axundu, imam cümələrdən biri Hacı Hacıyev məlumat verib.

Din xadiminin sözlərinə görə, İstihlal mərkəzlərindən ona verilən məlumata görə, martın 29-da ayın hilalı görünməyib.

"Hörmətli, müsəlmanlar Ayətullah seyid Əli Xamenei və Ayətullah seyid Əli Sistaninin İstihlal mərkəzlərindən verilən məlumata görə, (Yeni hilalın görünməsinin tədqiq edilməsi üzrə mərkəz - Red.) bu gecə Ramazan ayının 28-dən 29-a keçən gecədir. Buna görə də martın 30-u Ramazan ayının 29-cu günüdür. Martın 31-i, Allahın izni ilə, inşallah Ramazan bayramıdır. Qarşıdan gələn Ramazan bayramı münasibətilə hər kəsi təbrik edir, Allahdan ölkəmizə və dünyamıza sülh və əmin-amanlıq arzulayıram" , – deyə Hacı Hacıyev vurğulayıb.

ŞƏRH YAZ
10