
Kateqoriyalar
Zəhra Ana Fondunun vasitəçiliyi ilə xanımlar üçün iftar süfrəsi təşkil edilib.
Bu barədə Aktual.ge xəbər portalına sözügedən fonddan məlumat verilib.
Bildirilib ki, Ramazan ayının son günlərində Zəhra Ana Fondunun təşəbbüsü və bir xeyriyyəçinin dəstəyi ilə 60 nəfərlik iftar süfrəsi təşkil edilib. Tədbirdə fondun heyəti, bir sıra üzvləri və yardım edilən ailələr iştirak ediblər.
"Ramazan ayının paylaşma və mərhəmət ruhunu əks etdirən bu iftar süfrəsi, ehtiyacı olan ailələrin sevincinə səbəb olub" , - məlumatda bildirilib.