Az əvvəl açıqlandı: 31 Mart Ramazan bayramıdır
30.03.2025 19:39
956
Din
A
Az əvvəl açıqlandı: 31 Mart Ramazan bayramıdır

Bu axşam ayın hilalı görülüb, 31 mart Ramazan bayramıdır.

Bunu Aktual.ge xəbər portalına Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissalam Məscidinin axundu, imam cümələrdən biri Hacı Hacıyev bildirib.

Din xadimi bildirib ki, 31 mart, Şəvval ayının 1-dir və bayram günüdür.

Hacı Hacıyev müsəlmanları fitr bayramı namazı qılmağa dəvət edib və bildirib ki, bayram namazı 31 mart səhər saat 08:30 İmam Əli əleyhissalam Məscidində əda ediləcək.

"İstihlal mərkəzlərindən əldə etdiyimiz məlumata görə, (Yeni hilalın görünməsinin tədqiq edilməsi üzrə mərkəz - Red.) Yeni Ay görülübdür. Allah tutduğunuz orucları, etdiyiniz ibadətləri və arzu niyazlarınızı qəbul etsin. İslam dünyasının Ramazan bayramını təbrik edirəm" , - Hacı Hacıyev söyləyib.

Qeyd edək ki, bəzi müsəlman ölkələri 29 mart tarixində Ramazan bayramını qeyd edib.

 

ŞƏRH YAZ
4