
Kateqoriyalar
Ramazan bayramı münasibətilə 31 mart saat 08:30-da Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidində bayram namazı qılınıb.
Aktual.ge xəbər verir ki, səhər saatlarında yüzlərlə inanclı məscidə gələrək bayram namazında iştirak edib.
Namazdan sonra Hz. İmam Əli (ə) Məscidinin axundu Hacı Hacıyev camaata müraciət edərək onları Ramazan bayramı münasibətilə təbrik edib və ölkə ilə dünya müsəlmanları üçün dualar edib.
Daha sonra məscidin həyətində bayram süfrəsi açılaraq iştirakçılara şirniyyat təqdim olunub.