Qızılhacılıda Ramazan bayramı namazı qılınıb - FOTO
31.03.2025 10:41
381
Din
A
Qızılhacılıda Ramazan bayramı namazı qılınıb - FOTO

Bu gün Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində yerləşən Hz. İmam Həsən (ə) Məscidində müqəddəs Ramazan (Fitr) Bayramı namazı qılınıb.

Aktual.ge məlumat verir ki, Ramazan ayının mübarək sonunu simvolizə edən bu əlamətdar gündə məscid inanclılarla dolub, dualar və zikrlərlə nurlanıb.

Namaz Məscidin axundu Kərbəlayi Fuad İsayevin imamlığı ilə icra edilib. O, bayramın ruhani mahiyyətini vurğulayaraq, möminlərin İlahi xətdə qayıdışını və digər aylarda da bu nurani atmosferin qorunmasının önəmli olduğunu bildirib.

Daha sonra söz ilahiyyatçı Hacı Qurban Murquzova verilib. O, öz xütbəsində Fitr Bayramının mənəvi və ictimai dəyərlərindən bəhs edib, xeyirxahlığın, paylaşmağın və insanlığın bu günün ruhunu təşkil etdiyini vurğulayıb.

Sonda inanclılar bir-birilərini səmimi qəlbdən təbrik edərək, bayramın sevincini bölüşüblər. Birlik və qardaşlıq ab-havasında keçən bu mübarək gün, bayram süfrəsi ətrafında davam edib, dualar edilib və bərəkət dolu anlar yaşanıb.

ŞƏRH YAZ
0