
Kateqoriyalar
Keda Bələdiyyəsinin Tsoniaris kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər yerindəcə ölüb, yaralanan 2 nəfər isə təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb.
Aktual.ge İpn-ə istinadən xəbər verir ki, hadisə bu yaxınlarda baş verib.
Məlumata görə, “Toyota Prius” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq çaya düşüb.
Hadisə yerinə müvafiq xidmətlər səfərbər edilib.
Yaralıların müalicəsi Keda klinikasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.