İmir kəndində Ramazan bayramı tədbiri keçirilib - FOTO
01.04.2025 00:26
404
Din
A
İmir kəndində Ramazan bayramı tədbiri keçirilib - FOTO

31 mart tarixində Marneulinin İmir kəndində yerləşən Məhəmməd Rəsulullah (s) Məscidinin nəzdində fəaliyyət göstərən "Vilayət Aşiqləri Fondu" tərəfindən Ramazan bayramına həsr olunmuş tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, tədbir ruhanı Altun Sultanovun aparıcılığı və Marneulinin İmamcüməsi Hacı Hacıyevin Quran tilavəti ilə açıq elan edilib.

Daha sonra məscidin axundu Kərbəlayi Elçin Məmmədov, Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstan təmsilçisi Hacı Həsən Yusifzadə, Marneuli Meriyasının Şulaveri üzrə nümayəndəsi Mahir Məmmədov və ilahiyyatçı Hacı Kamran Məmmədov çıxış ediblər. Onlar bayram münasibətilə təbriklərini çatdıraraq, Fitr bayramının fəlsəfəsi və Ramazan ayının cəmiyyətə verdiyi töhfələr barədə danışıblar.

Tədbir çərçivəsində Azərbaycandan təşrif buyuran Əhli-beyt məddahları Seyyid Peyman və oğlu Seyyid Hüseyn, eləcə də Səid Həsən ilahiləri ilə mərasimi daha da ruhlandırıblar.

Sonda məsciddə dini dərslərdə təhsil alan tələbələrə hədiyyələr təqdim olunub. Eyni zamanda, püşkatma yolu ilə üç nəfərə Məşhəd ziyarəti hədiyyə edilib. Tədbir Fərəc duası və ehsan süfrəsi ilə başa çatıb.

ŞƏRH YAZ
2