İmran Süleymanovun həyatı sizin dəstəyinizə ehtiyac duyur - FOTO
01.04.2025 12:11
767
Hadisə
A
İmran Süleymanovun həyatı sizin dəstəyinizə ehtiyac duyur - FOTO

İmran Süleymanov (1990, Dmanisi, Yırğançay kəndi) 2024-cü ilin fevral ayından etibarən ağır böyrək çatışmazlığı ilə mübarizə aparır. Hər iki böyrəyi sıradan çıxıb. O, hazırda yaşamaq üçün hər həftə dializ müalicəsinə möhtacdır. Atasını itirmiş İmran hazırda Marneulidə anası ilə birlikdə kirayədə yaşayır.

Aktual.ge xəbər portalına müraciət edən İmranın dostları, onun həyata yenidən tutuna bilməsi üçün yardım kampaniyasına başladıqlarını bildiriblər.

Onların sözlərinə görə, İmranın yaşaması üçün ümid var – bir qohumu ona böyrəyini bağışlamağa razıdır. Lakin əməliyyatdan öncə təcili "plazmaferez" (qan təmizləmə) müalicəsi almalıdır. Bu isə vaxt və böyük məbləğ – 100 min lari tələb edir.
İmran Süleymanovun dostları və yaxınları, xeyirsevər insanlardan ona dəstək olmalarını xahiş edir.

Yardım etmək istəyənlər üçün əlaqə nömrəsi və bank rekviziti:

Əlaqə nömrəsi: 593690954

Bank rekviziti (Bank of Georgia):
GE44BG0000000161913873

ŞƏRH YAZ
1