
Kateqoriyalar
Türk Hava Yollarına məxsus İstanbul–Tbilisi reysi pis hava şəraiti səbəbindən Tbilisi Beynəlxalq Hava Limanına enə bilməyib.
Aktual.ge xəbər verir ki, təyyarə səmada bir neçə dövrə vuraraq enməyə cəhd etsə də, uğursuz olub.
Həyəcanlı anların yaşandığı hava gəmisinin geri qayıtma ehtimalı var.
Digər təfərrüatlar barədə məlumat verilməyib.