Qanlı hadisə: 2 nəfər bıçaqlanıb
03.04.2025 00:44
1219
Kriminal
A
Qanlı hadisə: 2 nəfər bıçaqlanıb

Tbilisinin Vazisubani rayonunun Şandor Petofi küçəsində baş verən davada iki nəfər bıçaqlanıb.

Aktual.ge xəbər verir ki, hadisə şahidlərinin yerli mətbuata verdiyi məlumata görə, qarşıdurma dörd nəfər arasında baş verib.

Məlumata görə, insident zamanı bıçaq xəsarətləri alan iki şəxs hadisə yerindən təcili yardım maşını ilə aparılıb.

Mövcud məlumata əsasən, yaralılar İnqorokva adına klinikaya yerləşdirilib.

Hadisə iştirakçılarının saxlanılıb-saxlanılmadığı hələlik bilinmir.

Qanlı hadisənin bu mərhələdə təfərrüatları məlum deyil.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi üzrə başlanıb. Həmin maddə qəsdən sağlamlığa yüngül zərər vurmanı nəzərdə tutur.

ŞƏRH YAZ
6