Gürcüstandan çox sayda xarici ölkə vətəndaşı deportasiya edilib
03.04.2025 11:31
619
Kriminal
A
Gürcüstandan çox sayda xarici ölkə vətəndaşı deportasiya edilib

Miqrasiya Departamentinin əməkdaşları mart ayında Gürcüstandan 97 xarici ölkə vətəndaşını deportasiya ediblər.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, mart ayı ərzində müxtəlif ölkələrdən olan 97 nəfərin Gürcüstandan çıxarılması həyata keçirilib.

"Xarici ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü olaraq tərk edib, digərləri isə Miqrasiya Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məcburi qaydada deportasiya edilib. Deportasiya olunan şəxslərə qanunvericiliyə uyğun olaraq ölkəyə giriş qadağası tətbiq edilib.

Gürcüstandan deportasiya olunanlar arasında Hindistan, Belarus, Çin, Tacikistan, Azərbaycan, Rusiya, Banqladeş, ABŞ, İraq, İran, Nigeriya, Türkmənistan, Türkiyə, Misir, Pakistan, Kamerun, İordaniya və Qırğızıstan vətəndaşları olmaqla ümumilikdə 97 nəfər var.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Onun əsas səlahiyyətlərindən biri Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının müəyyən edilməsi və onların ölkədən çıxarılmasıdır" , - məlumatda deyilir.

ŞƏRH YAZ
3