Gürcüstanın xarici pasportunun dizaynı yenilənir - FOTOLAR
04.04.2025 17:25
1879
Maraqlı
A
Gürcüstanın xarici pasportunun dizaynı yenilənir - FOTOLAR

Gürcüstanın biometrik pasportunun dizaynı dəyişir.

Aktual.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin əmərində qeyd olunub.

Sənəddə Gürcüstan vətəndaşının biometrik pasportunun, biometrik diplomatik pasportunun və biometrik xidməti pasportunun, eləcə də Gürcüstanda statusu olan, lakin vətəndaşlığı olmayan şəxsin biometrik səyahət pasportunun və qaçqınların biometrik səyahət sənədinin texniki xüsusiyyətləri və formaları müəyyən edilir.

Xüsusilə Nazirliyin əmrində göstərilir ki, pasportun blankı standart kitabça formatında, yuvarlaq künclərlə olmalı, həmçinin üz qabığından, onun 2 daxili səhifəsindən, 36 kağız səhifədən və 1 ikisəhifəli polikarbonatdan hazırlanmış elektron əlavədən (məlumatların elektron səhifəsi) ibarət olmalıdır.

Bundan əlavə, pasportun və səyahət sənədinin strukturu sənədin davamlılığını və elektron komponentin təhlükəsizliyini bütöv istismar müddəti ərzində (10 il) təmin etməli, fiziki və kimyəvi deqradasiyaya qarşı dayanıqlı olmalı, habelə saxta sənədlərin hazırlanmasının qarşısını almaq üçün inteqrasiya olunmuş təhlükəsizlik xüsusiyyətlərinin təkrar istifadəsinə qarşı müqavimət göstərməlidir.

Sənəddə həmçinin qeyd olunur ki, blankın formatı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 standartına, Avropa İttifaqı Şurasının 13 dekabr 2004-cü il tarixli (EC) tənzimləməsinə və Avropa Komissiyasının 30 noyabr 2018-ci il tarixli №C(2018)7774 icraedici qərarına, həmçinin ona edilmiş bütün dəyişikliklərin tələblərinə uyğun olmalıdır.

Bundan əlavə, Gürcüstan vətəndaşının biometrik pasportunun xarici üz qabığının rəngi tünd şabalıdlı, Gürcüstan vətəndaşının biometrik diplomatik pasportunun – tünd mavi, Gürcüstan vətəndaşının biometrik xidməti pasportunun – qara, Gürcüstanda statusu olan, lakin vətəndaşlığı olmayan şəxsin biometrik səyahət pasportunun – açıq mavi, qaçqınların biometrik səyahət sənədinin isə – mavi olmalıdır və s.

Aşağıda Gürcüstanın yeni biometrik xarici pasportunun fotolarını təqdim edirik:

biometriuli-pasporti-1743761667.png

biometriuli-pasporti1-1743761690.png.jpg

biometriuli-pasporti2-1743761720.png.jpg

diplomatiuri-pasporti-1743761739.jpg

diplomatiuri-pasporti1-1743761766.jpg

ŞƏRH YAZ
16