
5-7 Aprel tarixlərində Gürcüstanın bəzi bölgələrində qısamüddətli yağış və şimşək gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Agentliyin bildirdiyinə görə, Tbilisidə də qısamüddətli yağış və şimşək müşahidə oluna bilər, havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq.
Acara/Sahil bölgələri:
Batum, Kobuleti, Anaklia, Poti: Bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq.
Kvemo Kartli:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali:
Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə olacaq.
Kaxeti:
Saqareco, Telavi, Qurcaani, Siqnaği, Laqodexi, Qvareli, Axmeta, DədəplisTskaro: Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +21, +23 dərəcə olacaq.