Marneulinin Keşəli kəndində
06.04.2025 19:37
1122
Mədəniyyət
A
Marneulinin Keşəli kəndində "Kür Tədris və İnkişaf Mərkəzi"nin təntənəli açılış mərasimi baş tutub - FOTO

Bu gün, 6 aprel tarixində Marneuli Bələdiyyəsinin Keşəli kəndində "Kür Tədris və İnkişaf Mərkəzi"nin təntənəli açılış mərasimi keçirilib.

Aktual.ge xəbər verir ki, tədbiri Mərkəzin rəhbəri Savalan Osmanlı açaraq iştirakçıları salamlayıb və yeni açılan mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, qeyd edib ki, bu Mərkəz yalnız Keşəli kəndinə deyil, bütövlükdə Kürüstü ərazi vahidliyinə xidmət göstərəcək və yerli gənclərin maariflənməsində mühüm rol oynayacaq.

Savalan Osmanlı çıxışında "Kür Tədris və İnkişaf Mərkəzi"nin bir qrup xeyriyyəçi iş adamı tərəfindən təsis edildiyini diqqətə çatdıraraq, onların bu təşəbbüsünün gələcək nəsillər üçün atılmış mühüm addım olduğunu bildirib.

Daha sonra çıxış edən Parlamentin sabiq deputatları Mahir Dərziyev, Ramiz Bəkirov, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, "Aktual Media"nın baş direktoru İlkin Hüseynov, eləcə də digər natiqlər Mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək ona uğurlar arzulayıblar. Çıxışlarda Mərkəzin yalnız tədris yönümlü deyil, həm də ictimai və mədəni tədbirlərin təşkili baxımından bölgədə mühüm mərkəzə çevriləcəyi qeyd edilib. Natiqlər belə təşəbbüslərin gənclərin bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

Tədbir aşıq Mirzənin saz ifası və təşkil olunmuş süfrə ilə yekunlaşıb.

ŞƏRH YAZ
2