
"Qırmızı bültenlə axtarılan və Gürcüstana qaçan 5 nəfərlə yanaşı, milli səviyyədə axtarılan 3 nəfər tutularaq Türkiyəyə gətirilib".
Aktual.ge xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" sosial şəbəkə səhifəsində bildirib.
Əməliyyatın detalları barədə qeyd edən Ali Yerlikaya məlumat verib ki, əməliyyatda Ədliyyə Nazirliyi və Polis Təşkilatı koordinasiyalı şəkildə işləyib.
Bildirib ki, fərqli cinayətlərə görə qırmızı bültenlə axtarılan 5 nəfər və milli səviyyədə axtarılan 3 nəfər Gürcüstanda yaxalanaraq Türkiyəyə gətirilib.
“Hansı bültenlə axtarılırsa axtarılsın, hansı ölkəyə qaçmış olursa olsun, təşkilatlanmış cinayət qruplarının üzvlərini, narkotik tacirlərini bir-bir yaxalayıb ölkəmizə geri gətirəcəyik. Türk polisindən qaça bilməyəcəklər" , - deyə Ali Yerilkaya vurğualyıb.