Bolnisidə qətl iddiası: Tək yaşayan qadın evində ölü tapılıb - FOTO
07.04.2025 00:42
2332
Kriminal
A
Bolnisidə qətl iddiası: Tək yaşayan qadın evində ölü tapılıb - FOTO

Bolnisi Bələdiyyəsinin Saraçlı (Mamxuti) kəndində yaşlı qadın evində ölü tapılıb.

Aktual.ge-nin hadisə yerindən verdiyi xəbərə görə, 6 aprel axşam saatlarında tək yaşayan 71 yaşlı qadının meyiti öz evində aşkar edilib.

Kənd sakinləri qadını evdə ölmüş vəziyyətdə tapdıqları zaman ətrafda qan izləri gördüklərini bildiriblər. İddia olunur ki, yaşlı qadın qətlə yetirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspertiza qrupu hadisə yerində araşdırma aparır. Onlar hər-hansı bir versiyadan danışmır və açıqlama vermir. Mənzil sarı lentlə mühasirəyə alınıb və heç kim içəri buraxılmır. Ərazidə istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
14