TƏCİLİ: Bolnisidəki müəmmalı ölümlə bağlı DİN adamöldürmə maddəsi ilə istintaqa başlayıb
07.04.2025 12:35
1257
Kriminal
A
TƏCİLİ: Bolnisidəki müəmmalı ölümlə bağlı DİN adamöldürmə maddəsi ilə istintaqa başlayıb

Xəbər verdiyimiz kimi, Bolnisi Bələdiyyəsinin Saraçlı (Mamxuti) kəndində yaşlı bir qadının evində ölü tapılması faktı üzrə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən istintaqa qəsdən adamöldürmə maddəsi ilə başlanılıb.

Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq DİN-dən bildirilib ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adamöldürmə) ilə aparılır.

Hadisənin təfərrüatları barədə hələlik əlavə məlumat verilməyib.

Bolnisinin Saraçlı kəndində nə baş verib?

Aprelin 6-ı, axşam saatlarında Bolnisi rayonunun Saraçlı kəndində tək yaşayan 71 yaşlı qadının meyiti onun yaşadığı evdə aşkar olunub. Qadından xəbər ala bilməyən qonşular onun evinə yaxınlaşıblar. Qapının bağlı olduğunu görən qonşular qapını sındıraraq içəri daxil olublar və qadını ölmüş vəziyyətdə tapıblar. Onlar evdə, qan izləri də aşkar ediblər.

ŞƏRH YAZ
3