Milli Bank: Valyuta ehtiyatları 76 milyon 800 min dollar artıb
08.04.2025 10:58
279
İqtisadiyyat
A
Milli Bank: Valyuta ehtiyatları 76 milyon 800 min dollar artıb

2025-ci ilin mart ayına olan məlumata görə, Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 76 milyon 800 min ABŞ dolları artaraq 4 milyard 300 milyon ABŞ dollarına çatıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Bankı yayıb.

Məlumata əsasən, 2025-ci ilin mart ayına olan vəziyyətə görə qızılın payı ümumi beynəlxalq valyuta ehtiyatlarında 16.6% (714 milyon 900 min ABŞ dolları) təşkil edir. Qızılın qiymətinin artması səbəbindən, mart ayının göstəricilərinə əsasən, ehtiyatların həcmi əvvəlki ayla müqayisədə 64 milyon 400 min ABŞ dolları artıb. Qeyd olunur ki, qızılın alındığı vaxtdan bəri monetar qızılın dəyəri təxminən 195 milyon ABŞ dolları artıb ki, bu da Milli Bankın ehtiyatların diversifikasiyası strategiyasının düzgünlüyünü göstərir.

Gürcüstanın Milli Bankı rəsmi beynəlxalq ehtiyatlarla bağlı yenilənmiş məlumatları 2025-ci il 7 may tarixində dərc edəcək.

“Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin vacib təminatıdır. Milli Bankın uzunmüddətli siyasəti həmişə beynəlxalq ehtiyatların toplanmasına və ehtiyat aktivlərinin səmərəli idarə olunmasına yönəlmişdir”, - deyə Milli Bankın məlumatında qeyd olunub.

ŞƏRH YAZ
3