Marneulidə iş adamının evinə əl qumbarası atılıb - Ailə ölümdən möcüzə ilə qurtulub
08.04.2025 13:27
3153
Kriminal
A
Marneulidə iş adamının evinə əl qumbarası atılıb - Ailə ölümdən möcüzə ilə qurtulub

Marneuli Bələdiyyəsinin kəndlərindən birində qorxunc hadisə baş verib.

Aktual.ge-nin əldə etdiyi eksklüziv məlumata görə, aprelin 6-ı gecə saatlarında naməlum şəxslər iş adamının evinə əl qumbarası atıblar.

Xoşbəxtlikdən, möcüzə nəticəsində bomba partlamayıb və faciə yaşanmayıb.

Qorxunc hücumun arxasında kriminal aləmin nümayəndələrinin dayandığı iddia edilir. Əldə edilən məlumatlara görə, bir müddət əvvəl iş adamından kriminal aləmin üzvləri külli miqdarda pul tələb ediblər, lakin biznesmen bu tələbi qəti şəkildə rədd edib.

Hadisənin təfərrüatları araşdırılır.

Aktual.ge Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.

ŞƏRH YAZ
19