Qida Agentliyindən əhaliyə xəbərdarlıq: Bu məhsulları alarkən diqqət edin!
08.04.2025 13:44
920
Maraqlı
A
Qida Agentliyindən əhaliyə xəbərdarlıq: Bu məhsulları alarkən diqqət edin!

Milli Qida Agentliyi əhalini xəbərdar edir ki, sanitar-gigiyenik normalar və satış şərtləri qorunmayan ticarət məntəqələrindən yumurta və ət məhsulları almasınlar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Ərzaq Milli Agentliyi yayıb.

Agentlik izah edir ki, konkret məhsul alarkən nələrə diqqət yetirilməlidir:

"Ət alarkən diqqət yetirin:

  • Saxlanma və yerləşdirmə şərtlərinə – ət təmiz, qapalı soyuducuda, uyğun temperatur rejimində – 2–6°C arasında saxlanılmalıdır; saxlanma müddəti 48 saatdır.

Satışdakı ətin etiketində aşağıdakı məlumatlar qeyd olunmalıdır:

  • - Heyvanın kəsildiyi ölkənin adı;

  • - Kəsim məntəqəsinin tanınma və ya şərti tanınma nömrəsi;

  • - Ətin istehsal tarixi və saatı;

Əgər ət Gürcüstanda doğulmuş və böyüdülmüş heyvandan əldə edilibsə ("Mənşə – Gürcüstan"), etiketdə heyvanın tanıdıcı qulaq nişanının nömrəsi qeyd olunmalıdır;

Əgər ət idxal olunubsa, etiketdə idxalçı ölkənin adı göstərilməlidir;

Fərqli mənşəli ətlər (mal, qoyun, donuz, keçi) soyuducuda ayrı-ayrılıqda saxlanılmalıdır. Eyni zamanda, müxtəlif ölkələrdən idxal olunmuş ət də ayrıca yerləşdirilməlidir;

Etiket, ətin saxlandığı soyuducunun üzərində gözəçarpacaq bir yerdə olmalıdır.

Yumurta alarkən diqqət yetirin:

  • Saxlanma və satış şərtlərinə, istifadə müddətinə, və etiketdəki məlumatlara. Etiketdə yumurtanın mənşə ölkəsi və istehsal tarixi göstərilməlidir.

Unutmayın – baytarlıq nəzarəti olmadan kəsilmiş ət və digər heyvan mənşəli məhsullar (süd, pendir, balıq, yumurta və s.) insan sağlamlığı üçün yüksək xəstəlik riski daşıyır.

İstehlakçıların istehlak bazarında yerləşdirilmiş ərzaq məhsulları haqqında düzgün və ətraflı məlumat əldə etmək hüququ vardır" , – məlumatda deyilir.

ŞƏRH YAZ
1