9 Apreli unutmadıq! - Faciədən 36 il ötür
09.04.2025 00:45
553
Hadisə
A
9 Apreli unutmadıq! - Faciədən 36 il ötür

Gürcüstanın indiki paytaxtı Tbilisinin Rustaveli prospektində 1989-cu ilin Aprelin 9-da törədilən qanlı hadisələrin 36-ci ildönümü tamam olur. 

Aktual.ge xatırladır ki, 1989-cu il aprelin 8-ni 9-na bağlayan gecə sovet ordusu Tbilisidə müstəqillik uğrunda mübarizəyə qalxan xalqın azadlıq arzusunu boğmağa cəhd göstərib. 

Mitinqin silah gücünə dağıdılması nəticəsində 21 nəfər həlak olub. Qarşıdurma zamanı yaralananlardan 3-ü sonradan xəstəxanada dünyasını dəyişib. Faciədən 2 il sonra 1991-ci ilin aprel ayının 9-da Gürcüstanın Ali Şurası dövlət müstəqilliyinin bərpasını elan edib.

9 Aprel Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda Dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.

9 Aprel günü Tbilisinin Rustaveli Prospektində azadlıq uğrunda canından keçənlərin siyahısı:

• Aza Adamia - 22 yaş;

• Tamuna Dolidze - 28 yaş;

• Mzia Jincharadze - 43 yaş;

• Qia Karseladze - 25 yaş;

• Tamuna Çovelidze - 16 yaş;

• Natia Başaleişvili - 16 yaş;

• Eka Bezhanişvili - 16 yaş;

• Tina Enukidze - 70 yaş;

• Nana Samarquliani - 30 yaş;

• Eliso Çipaşvili - 25 yaş;

• Mamuka Nozadze - 22 yaş;

• Nato Qiorqadze - 23 yaş;

• Venera Metreveli;

• Manana Loladze - 33 yaş;

• Nodar Cangiraşvili - 40 yaş;

• Zaira Kikvidze - 61 yaş;

• Manana Melkadze - 23 yaş;

• Nino Toidze - 25 yaş;

• Tamar Mamulaşvili - 50 yaş;

• Daniz Chxonia - 25 yaş;

• Şalva Kvasovriaşvili.

ŞƏRH YAZ
1