Dünyanın ən çirkli/ən təmiz ölkələri - Gürcüstan hansı yerdədir?
09.04.2025 01:20
1474
Maraqlı
A
Dünyanın ən çirkli/ən təmiz ölkələri - Gürcüstan hansı yerdədir?

"Numbeo" tədqiqat platforması 2025-ci il üzrə dünyadakı 113 ölkədə çirklənmə göstəricilərini araşdırıb.

Aktual.ge xəbər verir ki, reytinqdə göstərilən ölkələr aşağıdakı meyarlar əsasında sıralanıb:

Ətraf mühitin mühafizəsi və bu sahədə məlumatın əlçatanlığı,

Hava keyfiyyəti, içməli suyun keyfiyyəti və əlçatanlığı,

Suyun çirklənmə dərəcəsi, tullantıların yığılması və təmizlik xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi,

Yaşıllıqlar və parkların əlçatanlığı,

Ümumi təmizlik baxımından rahatlıq səviyyəsi və sair.

Bu meyarlara əsasən, 113 ölkə arasında Gürcüstan çirklənmə göstəricisinə görə 42-ci yerdə qərarlaşıb. Eyni məlumata əsasən, Azərbaycan (32-ci yer) malikdir, daha yaxşı göstəricilər isə Türkiyə (47-ci yer), Ermənistan (54-cü yer) və Rusiya (62-ci yer) üçün qeydə alınıb.

Statistikaya görə, dünyada çirklənmənin ən yüksək olduğu ölkə Kamerundur, ən təmiz ölkə isə Finlandiyadır.

Xüsusilə, dünyanın 5 ən çirkli ölkəsi bunlardır:

Kamerun;

Myanmar;

Livan;

Nigeriya;

Monqolustan.

Dünyanın ən təmiz 5 ölkəsi isə belə sıralanır:

Finlandiya;

Norveç;

İsveç;

Estoniya;

İslandiya.

ŞƏRH YAZ
0