BGMİ-nin dini rəhbərləri 9 Aprel abidəsini ziyarət edib, qəhramanların xatirəsinə dualar oxuyublar - FOTO
09.04.2025 11:24
479
Din
A
BGMİ-nin dini rəhbərləri 9 Aprel abidəsini ziyarət edib, qəhramanların xatirəsinə dualar oxuyublar - FOTO

Bütün Gürcüstan Müsəlman İdarəsinin (BGMİ) dini rəhbərləri – Şərqi Gürcüstanın müftisi Etibar Eminov və şeyx Faiq Nəbiyev, idarənin məsul əməkdaşları bu gün səhər saatlarında Tbilisinin Rustaveli prospektində yerləşən 9 Aprel abidəsini ziyarət ediblər. Onlar abidə önünə əklil qoyaraq, Gürcüstanın müstəqilliyi uğrunda həyatını qurban vermiş qəhramanların xatirəsinə dualar oxuyublar.

Bu barədə Aktual.ge xəbər portalına BGMİ-dən məlumat verilib.

“Bu gün Bütün Gürcüstan Müsəlman İdarəsinin dini rəhbərləri 1989-cu il aprelin 9-da vətən uğrunda canlarını fəda etmiş, ölkəmizin müstəqilliyinin memarları olan qəhrəmanların əziz xatirəsini bir daha dərin ehtiramla yad ediblər.

Allahdan diləyirik ki, milli qəhrəmanlarımızın adlarını yaddaşımızda əbədi etsin, onların əziz xatirəsini isə vahid, güclü və suveren dövlətimizdə yaşatmağı hər birimizə nəsib etsin! Amin,” – deyə məlumatda bildirilib.

ŞƏRH YAZ
0