
Belarus Prezidenti Aleksandr Lukaşenko Gürcüstanın Rusiya və Belarusa məhsul satdığını, Avropa və ABŞ-ın isə Gürcüstan məhsullarına yer vermədiyini deyib.
Aktual.ge xəbər verir ki, o, "Mir" telekanalına müsahibəsinə belə söyləyib.
“Gürcüstan – baxın, nə baş verdi. Onlar artıq, bu gün oxudum, istisna etmirlər ki, sitat: ‘ərazi bütövlüyünü bərpa edə bilərlər.’ Onlar bu gün bizim bazara təkcə şərab yox, başqa məhsullar da satırlar, hansı ki, onları başqa yerə sata bilmirdilər. Nə Avropa İttifaqı, nə də Amerika qəbul etmirdi. Orada bu cür məhsul özlərində kifayət qədər var. Hara gəldilər? Bizə və Rusiyaya gəldilər. Biz Gürcüstanla əvvəllər də əməkdaşlıq etmişik. Bax, bu elə Ukraynanın da keçəcəyi yoldur. Amma bizə bu çətin yol lazımdırmı? Xeyr”, - deyə Lukaşenko qeyd edib.