
Kateqoriyalar
Tbilisinin Avçala qəsəbəsində 13 yaşlı oğlan uşağı lift boşluğuna düşüb.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, bədbəxt hadisə "Titanik" adı ilə tanınan binada baş verib.
Yeniyetmə İaşvili Klinikasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmənin vəfat etdiyini klinika təsdiqləyib.
Məlumat üçün bildirək ki, "Titanik" binası doqquzmərtəbəli, qəzalı vəziyyətdə olan yaşayış binasıdır. Məlumata görə, illər əvvəl binanın təməli torpaqaltı sularla zədələnib, nəticədə tikilinin bir hissəsi ortadan çatlayıb və giriş hissəsi çöküb. Mətbuatda yayılan məlumata əsasən, bina sakinləri illərdir kömək istəyirlər.