13.04.2025 01:12
724
Siyasət
A
"Bu müharibə Saakaşvilinin rejimi tərəfindən başladılıb" - Kobaxidze

"Tea Tsulukiani ölkəmiz üçün bu müharibənin qarşısının alınmasının mümkün olduğunu, qəhrəmanlarımızın bu gün sağ olub ailələrinə qayğı göstərə biləcəyini deyəndə, bu sadəcə bir faktın ifadəsidir".

Aktual.ge xəbər verir ki, bu sözləri Baş nazir Antalyada Gürcüstan telekanallarına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, 2008-ci ilin avqust müharibəsini Saakaşvili rejiminin başladıb.

“Əslində, xanım Tea çox aydın bir bəyanat verdi. Hamımız çox yaxşı bilirik ki, bu müharibənin qarşısını almaq mümkün idi və bu müharibə Saakaşvilinin rejimi tərəfindən başladılıb, hansı ki, sonradan buna özləri də imza atdılar, etiraf etdilər. Buna görə də Tea Tsulukiani ölkəmiz üçün bu müharibənin qarşısını almağın mümkün olduğunu, qəhrəmanlarımızın bu gün sağ ola biləcəyini və ailələrinə qayğı göstərə biləcəyini deyəndə, bu sadəcə bir faktın ifadəsidir, bu, bizim üzləşdiyimiz obyektiv reallığın dilə gətirilməsidir. Əgər Saakaşvilinin rejimi aldığı göstərişi icra etməsəydi, təbii ki, nə müharibə olardı, nə də qurbanlar. Tea Tsulukiani də məhz buna diqqət çəkdi. Hər şey tamamilə aydın və açıqdır" , - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
31