Parlament siyasi partiyaların fəaliyyətinə qadağanı nəzərdə tutan layihənin müzakirəsinə başlayır
14.04.2025 11:04
269
Siyasət
A
Parlament siyasi partiyaların fəaliyyətinə qadağanı nəzərdə tutan layihənin müzakirəsinə başlayır

Parlament siyasi partiyaların qadağan olunması ilə bağlı irəli sürülmüş qanunvericilik paketinin müzakirəsinə başlayır.

Aktual.ge xəbər verir ki, “Gürcü Arzusu” partiyası bu məqsədlə “Siyasi birliklər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişiklikləri qanunverici orqana təqdim edib.

Təklif olunan dəyişikliklər bu gün, 14 aprel tarixində Hüquqi məsələlər üzrə komitədə birinci oxunuşda müzakirə olunacaq.

Qanun layihəsinə əsasən, Konstitusiya Məhkəməsi dövlət çevrilişinə cəhd, zorakılıq çağırışı, müstəqilliyə və ərazi bütövlüyünə xələl gətirən, yaxud silahlı dəstələr yaradan siyasi partiyaların fəaliyyətini qadağan edə biləcək. İddialara görə, bu dəyişikliklərin yalnız “Vahid Milli Hərəkat” partiyasına deyil, digər siyasi birliklərə də təsir edəcəyi ehtimal olunur.

Sənədə əsasən, partiyanın konstitusiyaya uyğunluğu ilə bağlı iddialara 9 ay ərzində baxılmalı, seçki dövründə isə bu müddət 14 günü keçməməlidir.

Gürcüstan qanunvericiliyinə görə, partiyanın qadağan olunması yalnız Konstitusiya Məhkəməsinin qərarı ilə mümkündür. Qanuna əsasən, məhkəmə konstitusiya quruluşunu devirməyə və ya zorla dəyişdirməyə çalışan, ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə xələl yetirən, müharibə və zorakılığı təbliğ edən, milli, dini və ya sosial ədavəti qızışdıran və silahlı birləşmələr yaradan partiyaları qadağan edə bilər.

Partiyanın fəaliyyəti həmçinin yenidən təşkilatlanma və ya özünü buraxma əsasında dayandırıla bilər. Qadağa və ya özünü buraxmadan sonra partiyanın əmlakı dövlət xəzinəsinə verilir.

ŞƏRH YAZ
9