17 Aprelədək gözlənilən hava şəraiti - RƏSMİ
14.04.2025 15:07
995
Maraqlı
A
17 Aprelədək gözlənilən hava şəraiti - RƏSMİ

17 Aprelə qədər Gürcüstanda sərin və yağıntılı hava şəraiti davam edəcək. 17 Apreldə isə ölkənin əksər hissəsində hava açılacaq və temperatur yüksələcək.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yayıb.

Agentliyin verdiyi məlumata görə, paytaxt Tbilisidə 15-16 aprel tarixlərində yağış yağacaq və 16 apreldə şimal-qərb istiqamətindən güclü külək əsəcək.

"Həmçinin, Tbilisidə gündüz saatlarında hava temperaturu 15-16 apreldə +12, +14 dərəcə olacaq, 17 apreldə isə +20 dərəcəyədək artacaq" , - bildirilib.

Sahil bölgələri:

Batumi, Kobuleti, Anaklia, Poti
15 apreldə sərin və yağışlı hava davam edəcək. Havanın temperaturu +10, +12 dərəcə olacaq. 16-17 apreldə hava açılacaq və temperatur +17, +19 dərəcəyə yüksələcək.

Kvemo Kartli bölgəsi:

Rustavi, Bolnisi, Marneuli, Gardabani, Qori və Tskhinvali:
15-16 apreldə sərin və yağışlı hava davam edəcək. 16 apreldə bəzi yerlərdə qərb istiqamətindən güclü külək əsəcək. Gündüz temperatur +10, +15 dərəcə olacaq, 17 apreldə isə hava açılacaq və +15, +20 dərəcəyə qədər isinəcək.

Kaxeti bölgəsi:

Sagarejo, Telavi, Gurjaani, Sighnaghi, Lagodekhi, Kvareli, Akhmeta, Dedoplistskaro):
15-16 apreldə sərin və yağışlı hava davam edəcək, bəzi yerlərdə qərb küləkləri əsəcək. Gündüz temperatur +10, +15 dərəcə olacaq, 17 apreldə hava açılacaq və +15, +20 dərəcəyə qədər artacaq.

ŞƏRH YAZ
4