15.04.2025 11:56
430
Siyasət
A
" "Kollektiv Milli Hərəkat" növbəti dəfə seçkilərdə iştirak etmək imkanı əldə edəcək" - Mdinaradze

"Hazırıq ki, cari ilin yerli özünüidarəetmə seçkilərində agent partiyalara əvvəlcə gürcü xalqı layiqli cavab versin və biz bu seçkilərdə peşəkar şəkildə qalib gələk. Daha sonra isə çox möhkəm və faktlara əsaslanan konstitusion iddia hazırlayaq. Bu iddia, öz növbəsində, Konstitusiya Məhkəməsi tərəfindən obyektiv şəkildə 'kollektiv Vahid Milli Hərəkat'ın (keçmiş iqtidar partiyası) qadağan olunması üçün əsas olmalıdır".

Aktual.ge məlumat verir ki, bunları "Gürcü Arzusu"nun icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze parlament çoxluğunun iclasından sonra keçirilən brifinqdə danışıb.

O daha dəqiq şəkildə izah edib ki, keçirilən iclasda parlament çoxluğu istintaq komissiyasının fəaliyyət müddətinin bir ay uzadılması barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, “kollektiv Vahid Milli Hərəkat” yenidən seçkilərdə iştirak etmək imkanı əldə edəcək.

Onun sözlərinə görə, heç kimə imkan verilməyəcək desin ki, “Gürcü Arzusu” “kollektiv Vahid Milli Hərəkat”ın qadağan olunması məsələsini yerli özünüidarəetmə seçkilərindən əvvəl tələsik həyata keçirmək istəyib.

“Bildiyiniz kimi, Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının fəaliyyəti dövründə bir çox arqumentlər üzə çıxdı. Bu arqumentlər əsasında parlament artıq qərar qəbul etdi ki, komissiyanın mandatı genişləndirilsin və bu günə olan vəziyyətə görə, komissiya artıq yalnız 2003–2012-ci illəri deyil, həm də indiki dövrü əhatə edir. Buna görə də araşdırılacaq obyektlər və məsələlərin siyahısı daha da genişlənib. Parlamentə hər gün yüzlərlə bəyanat daxil olur, burada 'Milli Hərəkat' və onun əlatlı partiyalarının nümayəndələri tərəfindən törədilmiş dəhşətli hadisələr təsvir edilir. Razılaşarsınız ki, onların hamısını istintaq komissiyasına çıxarmaq və detallı araşdırmaq faktiki olaraq mümkün deyil. Amma komissiya maksimum yüklə çalışır və mümkün qədər çoxunu çatdırmağa çalışır.

Keçən həftə parlament istintaq komissiyasının sədri xanım Tea Tsulukiani komissiyanın fəaliyyət müddətinin üç aydan az olmayaraq bir ay uzadılmasının zəruriliyini qaldırdı. Bu gün çoxluğun iclasında bu məsələ müzakirə olundu və qərara gəldik ki, gələcəkdə bu tələbi qəbul edək və komissiyanın fəaliyyətini bir ay uzadaq. Bu halda gündəmə başqa və çox vacib bir məsələ gəlir. Bildiyiniz kimi, əgər komissiya yalnız üç ay fəaliyyət göstərsəydi, seçkilərədək bütün prosedurlar qanuni qaydalara uyğun olaraq başa çatdırıla bilərdi. Amma biz müddəti bir ay uzadırıqsa, bu prosesi vaxtında başa çatdırmaq fiziki cəhətdən mümkün deyil. Nəticədə obyektiv reallıq yaranacaq ki, 'kollektiv Milli Hərəkat' yenidən seçkilərdə iştirak edə biləcək.

Buna baxmayaraq, biz komissiyanın fəaliyyət müddətinin uzadılmasından imtina etməyəcəyik, çünki bizim komandamız üçün heç bir halda problem yoxdur. Dedikləri kimi, bəzən bəla faydalı olur. Ola bilsin, bu da elə bir haldır. Biz tam hazırıq ki, bu ilki seçkilərdə agent partiyalara əvvəlcə gürcü xalqı layiqli cavab versin, sonra isə çox möhkəm və faktlara əsaslanan konstitusion iddia ilə çıxış edək. Bu iddia, Konstitusiya Məhkəməsi tərəfindən obyektiv şəkildə 'kollektiv Vahid Milli Hərəkat'ın qadağan olunması üçün əsas olacaq və bu proses yerli seçkilərdən qısa müddət sonra baş verəcək. Bundan əlavə, heç kimə ölkə daxilində və xaricində bu məsələni spekulyasiya etməyə və deməyə imkan verməyəcəyik ki, 'Gürcü Arzusu' bu qadağanı seçkilərdən əvvəl tələsik həyata keçirmək istəyib. Komissiyanın fəaliyyət müddətinin uzadılması zəruri olduğundan, biz bu prosesi sürətləndirməyə cəhd etməyəcəyik”, - deyə Mamuka Mdinaradze qeyd edib.

O gözlədiyini deyib ki, müxalif partiyalara “sahibləri və maliyyəçiləri” göstəriş verəcək və bu onların “son seçkiləri” olacaq. Bundan əlavə, onun sözlərinə görə, bu seçkilərdə “Gürcü Arzusu” bir daha hamıya göstərəcək ki, Gürcüstanda xarici qüvvələrin hakimiyyəti agentlərlə əvəzləməyə dair bütün cəhdləri nəticəsizdir.

“Cəmiyyət çox yaxşı görür və xatırlayır ki, biz hansı iyrənc cinayətlərin müəllifləri ilə işimiz var, onlar hələ də özlərini siyasətçi adlandırırlar. Bu gün bir daha sübut etdi ki, xarici qüvvələr tərəfindən idarə olunan və ya digər ölkələrin təsiri altında olan siyasətçi nə qədər murdar davranır. Onlar müstəqil qərar vermək hüququndan belə məhrumdurlar. Biz onların yalanlarına dolaşmış, 'Milli Hərəkat' üçün işləyən, öz komandasına və vətəninə xəyanət etmiş insanları gördük. Buna görə də əminik ki, istintaq komissiyası agent partiyalar və siyasətçilərin fəaliyyətlərini daha da aydın şəkildə ifşa edəcək və biz hamımız birlikdə bu işin nəticələrini məntiqi sonluğa çatdıracağıq. 'Kollektiv Milli Hərəkat'a gəldikdə isə, gözləyirik ki, bizim bu bəyanatdan sonra onların 'sahibləri və maliyyəçiləri' göstəriş verəcək və onlar özləri üçün sonuncu seçkilərdə iştirak etməli olacaqlar. Bu seçkilərdə bir daha hamıya göstərəcəyik ki, müstəqil və ləyaqətli Gürcüstanda xarici qüvvələrin hakimiyyəti agentlərlə əvəzləməyə dair hər cəhd tamamilə nəticəsizdir”, - deyə o, qeyd edib. 

ŞƏRH YAZ
16