500 və ya 1 500 lari məbləğində cərimələr | Departamendən əhaliyə xəbərdarlıq
15.04.2025 14:05
1513
Hadisə
A
500 və ya 1 500 lari məbləğində cərimələr | Departamendən əhaliyə xəbərdarlıq

Ətraf Mühitin Mühafizəsi Departamenti "Çiakokonoba" ('Pasxa - Dirilmə' bayramından əvvəlki çərşənbə günü keçirilən ritual - Red.) adlı ənənəvi ritualla bağlı əhaliyə xəbərdarlıq edir.

Aktual.ge xəbər verir ki, Departament vətəndaşlara xatırladır ki, tullantıların idarə olunması haqqında Məcəlləyə əsasən, istənilən növ tullantının (o cümlədən, təkərlərin, plastik materialların, yarpaqların) açıq şəkildə yandırılması qadağandır.

Tullantıların idarə olunması haqqında Məcəlləyə əsasən, bələdiyyə mənşəli təhlükəli olmayan tullantıların – yarpaqların, bağ/park tullantılarının, məişət tullantılarının açıq şəkildə yandırılması 500 lari məbləğində cəriməyə səbəb olacaq. Təkərlərin, rezin və digər elastomer materialların açıq şəkildə yandırılması halında isə, qayda pozucusu 1 500 lari məbləğində cərimə ödəməli olacaq.

"Bayramdan əvvəlki çərşənbə günü ənənəvi ritual – 'Çiakokonoba' keçirilir. Ritual zamanı əhali ocaq qalamaq üçün müxtəlif növ bələdiyyə tullantılarından istifadə edir. Bu tullantıların yandırılması zamanı ətraf mühit və insanların sağlamlığı üçün təhlükəli olan toksik və kanserogen maddələr, qazlar ayrılır. Bu isə əhalinin, xüsusilə də ritualda fəal iştirak edən uşaqların sağlamlığına təhlükə yaradır", - deyə Departamentdən bildirilib.

ŞƏRH YAZ
11