Ağır avtomobil qəzası: 2 ölü
15.04.2025 21:12
1078
Hadisə
A
Ağır avtomobil qəzası: 2 ölü

Qori bələdiyyəsinin Şavşva kəndi yaxınlığında avtomobilin törtədiyi qəza nəticəsində iki nəfər həyatını itirib.

Aktual.ge yerli mənbələrə istinadən xəbər verir ki, sürətlə hərəkətdə olan avtomobil dəmir arakəsməyə çırpılıb, sonra isə alovlanıb. Nəticədə avtomobildə olan iki nəfər həyatını itirib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaqa başlayıb.

Qeyd edək ki, sözügedən maddə nəqliyyat vasitələrinin hərəkət və istismarı qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da iki və ya daha çox şəxsin ölümünə səbəb olub.

 

ŞƏRH YAZ
6