
Kateqoriyalar
"Gürcüstan Naminə" partiyasının sədri Giorgi Qaxaria bildirib ki, partiyası yerli özünüidarəetmə seçkilərinə hazırlaşır.
Aktual.ge xəbər verir ki, o, müvafiq açıqlamanı “Tv Pirveli”nin efirində qonaq olarkən bildirib.
Eyni zamanda Qaxaria izah edib ki, bu gün yerli seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verməyə hazır deyil, lakin həm bələdiyyə seçkilərinə, həm də yeni parlament seçkilərinə hazırlaşır.
O digər siyasi partiyalara tövsiyə edir ki, hər kəs öz işi ilə məşğul olsun, çünki onun fikrincə, müxalifət partiyaları gözləyirlər ki, Qaxaria nə vaxt qərar verəcək və birinci siyasi zərbəni alacaq ki, sonra özləri də hərəkətə keçsinlər.