16.04.2025 11:03
360
Siyasət
A
"Hazırda bir çox müxalif partiya yerli seçkilərdə iştirak etməyi ciddi şəkildə düşünür" - Melia

Hazırda bir sıra müxalif partiyalar yerli özünüidarəetmə seçkilərində iştirak etməyi ciddi şəkildə nəzərdən keçirirlər.

Aktual.ge xəbər verir ki, bu barədə “Dəyişiklik naminə koalisiya”nın liderlərindən biri Nika Melia açıqlama verib.

Melia konkret partiyaların adlarını çəkməsə də bildirib ki, onun komandası, o cümlədən özü, bu prosesin qarşısını almaq üçün əlindən gələni edir:

“Biz - o cümlədən mən çalışırıq ki, bu baş verməsin. Çünki düşünürəm ki, parlament boykotunun nəticələrini aprel ayında hamımız aydın şəkildə hiss etdik. Gürcü xalqının bu qeyri-bərabər mübarizədə necə üstünlük qazandığını gördük.”

O əlavə edib ki, əgər müxalifət parlamenti boykot etməsəydi, bu gün etiraz aksiyalarında heç bir vətəndaş iştirak etməzdi:

“Əgər müxalifət partiyaları boykota getməsəydi, bu gün bir nəfər belə etiraz aksiyalarında iştirak etməzdi. Çox güman ki, etirazlar bir həftə davam edərdi və sonra səngiyərdi.”

Melia həmçinin vurğulayıb ki, 2020–2021-ci illərin təcrübəsi müxalifət üçün ciddi dərs olmalıdır.

ŞƏRH YAZ
1