
Bu gün Marneuli Bələdiyyə Məclisinin iclası keçirilib.
Aktual.ge xəbər verir ki, müzakirəyə 4 məsələ çıxarılıb, iclasa Marneuli Bələdiyyə Məclisi sədrinin muavini Riçard Gigani sədrlik edib.
İclasda aşağıdakı məsələlər müzakirə olundu:
Marneuli Bələdiyyə Merinin 10 aprel 2025-ci il tarixli, N32-32251077 nömrəli məktubunun müzakirəsi.
Marneuli Bələdiyyəsinin Əmlakın İdarə Olunması və Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri tərəfindən 15 aprel 2025-ci il tarixində təqdim olunmuş N07-3225105156 nömrəli məlumat məktubunun müzakirəsi.
“Gvirila” Mənzil Sahibləri Müştərək Cəmiyyətinə (MTK) aid ərazilərin sərhədlərində / qırmızı xətlərində dəyişiklik edilməsi məsələsinin müzakirəsi.
Sosial məsələlər.
Marneuli Bələdiyyə Məclisinin iclasında gündəliyə çıxarılan 4 məsələyə deputatlar müsbət səs verib.