Polis Tbilisi və regionlarda odlu silahlar və döyüş sursatları müsadirə edib – 18 nəfər saxlanılıb
22.04.2025 12:45
541
Kriminal
A
Polis Tbilisi və regionlarda odlu silahlar və döyüş sursatları müsadirə edib – 18 nəfər saxlanılıb

Polis Tbilisi və regionlarda qanunsuz odlu silahlar və döyüş sursatları müsadirə edib – 18 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsləri 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Daxili İşlər Nazirliyinin patrul polisi, Mərkəzi Kriminal Polisi, Tbilisi, Sameqrelo-Zemo Svaneti, Kvemo Kartli, Şida Kartli, İmereti, Acara və Samtsxe-Cavaxetiya polis idarələrinin əməkdaşları tərəfindən son dövrlərdə keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatları müsadirə edilib və 18 nəfəri saxlayıb. 

Odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanması və daşınması faktlarına görə saxlanılan şəxslər bunlardır: 1997-ci il təvəllüdlü N.T., 1976-cı il təvəllüdlü T.L., 1976-cı il təvəllüdlü G.B., 1956-cı il təvəllüdlü B.K., 2004-cü il təvəllüdlü N.G., 2005-ci il təvəllüdlü L.T., 1993-cü il təvəllüdlü L.Ç., 1990-cı il təvəllüdlü G.A., həmçinin əvvəlki məhkumluğu olanlar: 1985-ci il təvəllüdlü A.P., 1995-ci il təvəllüdlü O.K., 1984-cü il təvəllüdlü İ.R., 1981-ci il təvəllüdlü İ.T., 1973-cü il təvəllüdlü B.Ş., 1993-cü il təvəllüdlü Z.Ç., 1983-cü il təvəllüdlü Z.Ğ., 1980-ci il təvəllüdlü L.Ç., 1971-ci il təvəllüdlü N.A., 1984-cü il təvəllüdlü M.T.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində, yaşayış yerlərində, avtomobillərində və qaldığı yerlərdə apardığı axtarış zamanı sübut kimi müxtəlif növ odlu silahlar və döyüş sursatları, o cümlədən avtomatlar, tapançalar, revolverlər, ov tüfəngləri, əl qumbaraları, daraqlar, çoxlu sayda güllə, bir neçə partlayıcı fişəng və kapsul-detonatorlar müsadirə olunub. Polis, həmçinin, narkotik vasitə olan 'qurudulmuş marixuana' və qeydiyyat qaydalarının pozulması ilə quraşdırılmış 'lentvari mişar'ı da götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 273-1-ci və 287-1-ci maddələri ilə aparılır", – deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
1