
Gürcüstan Prokurorluğu narkotik cinayəti ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb
Aktual.ge-nin məlumatına görə, Gürcüstan Prokurorluğu qanunsuz narkotik əldə etmə, saxlama və satış faktına görə bir nəfəri məsuliyyətə cəlb edib.
Prokurorluğun yaydığı açıqlamada bildirilir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində təqsirləndirilən şəxsin qanunsuz şəkildə heroin narkotik vasitəsini əldə etdiyi, saxladığı və satışını həyata keçirdiyi müəyyən olunub.
İttihamlar Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci və 4-cü hissələrinə əsasən irəli sürülüb. Bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluğun təqdimatı əsasında Qurcaani Rayon Məhkəməsi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.