
Bu gün, Tbilisiyə güclü yağış və dolu yağıb.Yağan dolu paytaxtın ətraf məhəllələrində Nutsibidze,Nadzaladevi, Diğomi, Tsereteli, Pekini və Saburtaloda problemlər yaradıb.
Aktual.ge xəbər verir ki, 23-25 aprel tarixlərində ölkə ərazisində bəzi yerlərdə qısamüddətli yağış və şimşək müşahidə olunacaq.
Bu bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Tbilisi – Qısamüddətli yağış və şimşək gözlənilir.
Kartli (Rustavi, Bolnisi, Marneuli, Gardabani, Gori, Tskhinvali) – bəzi ərazilərdə qısamüddətli yağış və şimşək gözlənilir.
Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti) – Qısamüddətli yağış və şimşək ehtimalı var.
Qərbi Gürcüstanın düzənlik əraziləri (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti) – bəzi yerlərdə yağış gözlənilir.
Şərqi Gürcüstanın yüksək dağlıq əraziləri (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) – bəzi ərazilərdə yağış gözlənilir.