23.04.2025 01:14
1282
İqtisadiyyat
A
"Türk iş adamının Gürcüstana gəlib böyük investisiya yatırması nadir hallarda baş verir" | Melek

"Türk iş adamının Gürcüstana gəlib böyük investisiya yatırması nadir hallarda baş verir". 

Aktual.ge xəbər verir ki, bunu “BusinessPressNews”a Gürcüstan-Türkiyə Ticarət Palatasının üzvü, BEKO-nun Gürcüstandaki Baş direktoru Mehmet Melek bildirib.

Onun sözlərinə görə, həm dünyada, həm də Gürcüstanda baş verən hadisələrin fonunda biznes sektoru bu ölkədə böyük investisiyalar qoymaqdan çəkinir.

"Hazırda mövcud olan qlobal problemlərə görə hər kəs investisiya qoymaqdan çəkinir. Gürcüstanda da problemlər mövcuddur və buna görə də, türkiyəli biznesmenin Gürcüstana gəlib böyük investisiya etməsi nadir haldır.

Əvvəlcə ölkədə sabitlik vacibdir; eyni zamanda, qlobal miqyasda da sabitlik lazımdır ki, biznes sahəsi vəsait yatırmağa və investisiya qoymağa maraqlı olsun. Təəssüf ki, hazırda Türkiyədən böyük investisiya planlaşdırılmayıb və biz bu məsələni gündəmə gətirməliyik", - deyə Mehmet Melek qeyd edib.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına əsasən, Türkiyədən Gürcüstana birbaşa xarici investisiyaların həcmi 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Son 5 ildə Türkiyədən gələn investisiyalar belə olub:

2020-ci il – 80.3 milyon dollar

2021-ci il – 101.4 milyon dollar

2022-ci il – 102.7 milyon dollar

2023-cü il – 109.5 milyon dollar

2024-cü il – 93.27 milyon dollar

ŞƏRH YAZ
5