Ağır faciə: Ər-arvad ağır qəzanın qurbanı olub
23.04.2025 11:09
1200
Siyasət
A
Ağır faciə: Ər-arvad ağır qəzanın qurbanı olub

Gürcüstanın Kvareli Bələdiyyəsinə bağlı Səbuyə kəndində bədbəxt hadisə nəticəsində ər-arvad həlak olub.

Aktual.ge verir ki, hadisə gecə saatlarında onların yaşadığı evin yaxınlığında baş verib.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil cütlüyü evlərinin darvazası önündə vurub. Nəticədə hər iki şəxs hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
8