Viza liberallaşması dostluq jestidir, amma bu münasibət manipulyasiya vasitəsinə çevrilib - Maçaraşvili
23.04.2025 12:43
224
Siyasət
A
Viza liberallaşması dostluq jestidir, amma bu münasibət manipulyasiya vasitəsinə çevrilib - Maçaraşvili

Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin hazırkı vəziyyətini şərh edən "Xalqın Gücü" hərəkatının deputatı Guram Maçaraşvili bildirib ki, viza liberallaşması, namizəd statusu və danışıqların açılması kimi imkanlar əvvəllər dostluq və əməkdaşlıq jesti kimi qiymətləndirilsə də, indi bu alətlər siyasi təzyiq vasitəsinə çevrilib.

Aktual.ge xəbər verir ki, jurnalistlərlə söhbətində deputat viza rejiminin dayandırılması ehtimalının sadəcə manipulyasiya məqsədilə gündəmə gətirildiyini deyib.

Maçarashvili bildirib:
"Əgər bu imkanlar - viza rejimi, namizəd statusu və danışıqların başlanması - təzyiq və ya sanksiya alətinə çevrilirsə, artıq burada dostluq münasibətlərindən danışmaq yersizdir. Bu, sadəcə siyasi manipulyasiyadır."

Deputat ABŞ Prezidenti Co Baydenin Avropa İttifaqını ədalətsiz davranışda ittiham edən bəyanatını xatırladaraq sual edib:

"Əgər ABŞ-a qarşı ədalətsiz davranıldığı iddia olunursa, biz niyə təəccüblənirik ki, Avropa İttifaqının bürokratik dairələri Gürcüstana qarşı da oxşar münasibət sərgiləyir?!"

O əlavə edib ki, Gürcüstan viza rejiminin əsas şərtlərini pozmayıb və buna baxmayaraq, bu məsələ təkrar-təkrar müzakirəyə çıxarılır.

"Əvvəlcə namizəd statusu siyasi təsir vasitəsi kimi istifadə edildi, sonra danışıqların açılması alətə çevrildi, indi isə viza liberallaşması eyni funksiyanı daşıyır. Biz Ukrayna və Moldovadan daha irəlidə olmağımıza baxmayaraq, status ala bilmədik. Bu da sübut edir ki, məsələ texniki yox, siyasi xarakter daşıyır".

ŞƏRH YAZ
3