Salome Zurabişvili:
23.04.2025 14:51
434
Siyasət
A
Salome Zurabişvili: "Gürcü Arzusu vizasız rejim prosesini dayandırmağa çalışır"

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”nu vizasız rejim prosesini dayandırmağa çalışmaqda ittiham edir.

Aktual.ge xəbər verir ki, o, bununla bağlı keçirdiyi fövqaladə brifinqdə çıxış edib.

Onun sözlərinə görə, rejim Gürcüstanın tam təcrid olunmasını istəyir

“Vizasız rejim məsələsi bu rejim tərəfindən iki şəkildə istifadə olunur. Birincisi, bu bir qorxutma kampaniyasının bir hissəsidir – ‘hər şeyi itirəcəksiniz, heç nəyiniz qalmayacaq’ deyərək cəmiyyətə mənəvi təzyiq göstərmək məqsədi daşıyır. Lakin əsas məsələ budur ki, bu kampaniya nə Brüsseldən, nə də hər hansı Avropa paytaxtından gəlmir – bu, Tbilisidə, bu rejimdən gəlir. Onların məqsədi vizasız rejimin dayandırılmasıdır.

Bu, elə-belə narahat olduqları və qarşısını almaq istədikləri bir qərar deyil. Xeyr, bu onların hərəkətlərinin nəticəsidir. Bəzən gündəlik olaraq Avropa paytaxtlarını təhqir edirlər, buradakı səfirlərlə hədə-qorxu ilə danışırlar. Bu, ötən ilin 28 noyabrında qəbul edilmiş qərarın birbaşa davamıdır və biz elə bir vəziyyətə doğru gedirik ki, bu rejim Gürcüstanın tam təcrid olunmasını istəyir” , – deyə Salome Zurabişvili qeyd edib.

ŞƏRH YAZ
6