24.04.2025 12:18
1285
Siyasət
A
"Aktual.ge"nin məlumatına görə, Marneulidə imamcümələr sırasına daha biri təyin olunub

Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin (ÜGMADİ) təsisçilərindən biri, Dr. Seyid Mirismayıl Əsədov Marneuli şəhərinin yeni imamcüməsi dini vəzifəsinə təyin olunub.

Aktual.ge xəbər portalının əldə etdiyi məlumata görə, hazırda Marneulidə fəaliyyət göstərən üç imamcüməyə daha biri – Mirismayıl Əsədov da əlavə olunub. Bununla da şəhərdəki imamcümələrin sayı dördə çatıb.

Mövcud məlumata əsasən, Mirismayıl Əsədovun təyinatı müçtehid dəftərxanası tərəfindən verilib.

O, məsələ ilə bağlı Aktual.ge xəbər portalına danışmaqdan imtina etsə də, əldə etdiyimiz məlumata görə, din xadimi May ayında ilk cümə namazını icra edəcək.

Mövzu ilə əlaqədar Marneuli Mərkəzi Məscidinin axundu, imamcümələrdən biri Hacı Hacıyev şərh vermək istəməsə də, əldə etdiyimiz məlumata görə isə, Mirismayıl Əsədovun təyinatı barədə məlumat ona əvvəlcədən bildirilib. 

ÜGMADİ-nin sədri Seyid Mirtəqi Əsədov isə məlumatı nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə) Məscidində Cümə namazı 2015-ci ildən icra olunur.

ŞƏRH YAZ
2