Bu gün Gürcüstanda yağışlı və şimşəkli hava gözlənilir
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qərbi Gürcüstanda gün ərzində fasilələrlə buludluluğun artacağı proqnozlaşdırılır. Gecə saatlarında və günün ikinci yarısından başlayaraq bölgənin əksər rayonlarında qısamüddətli yağış və şimşək müşahidə olunacaq. Külək dəyişkən istiqamətli olacaq, sürəti isə 10-15 m/san təşkil edəcək.
Şərqi Gürcüstanda da günün ikinci yarısından etibarən buludluluğun artacağı gözlənilir. Gecə və axşam saatlarında əksər rayonlarda qısamüddətli yağış və şimşəkli hava müşahidə ediləcək, bəzi ərazilərdə dolu yağması ehtimal olunur. Külək dəyişkən istiqamətli olacaq, sürəti 10-15 m/san olacaq, lakin şimşək zamanı güclənə bilər.