Tbilisidə
26.04.2025 16:05
320
Siyasət
A
Tbilisidə "Azadlıq yürüşü" adlı aksiya başlayıb

Tbilisidə "Didube" metro stansiyası ətrafında toplaşan minlərlə aksiya iştirakçıları yürüşlə Gürcüstan Prokurorluğu istiqamətində hərəkət edirlər.

Aktual.ge xəbər verir ki, aksiya iştirakçıları saat 14:00-da metro stansiyası yaxınlığında toplaşıblar və "Azadlıq yürüşü – etirazın 150-ci günü" şüarı ilə aksiya/yürüş keçirirlər.

Etiraz yürüşünün iştirakçıları "Qeyri-legitim hökumət istefa versin, rejimin girovlarına azadlıq!" yazılmış banner açıblar.

Aksiya iştirakçıları arasında hazırda davam edən etiraz aksiyaları zamanı saxlanılan şəxslərin ailə üzvləri də var və onlar saxlanılanların şəkilləri ilə təmsil olunublar. Aksiyada müxtəlif müxalif siyasi partiyaların üzvləri və tərəfdarları da iştirak edirlər, eləcə də nümayişdə aktyorlar da yer alıb.

Aksiya iştirakçıları Gürcüstan və Avropa İttifaqı bayraqları, həmçinin müxtəlif məzmunlu plakatlar açıblar.

Aksiya iştirakçıları "Axıra qədər!", "Yaşasın Gürcüstan!" şüarları səsləndirirlər.

Həmçinin, ərazidə çox sayda patrul və kriminal polis qüvvələri cəmləşib.

ŞƏRH YAZ
5