Marneulidə ağır qəza: 6 yaralı - ANBAAN GÖRÜNTÜLƏR
27.04.2025 14:22
2689
Hadisə
A
Marneulidə ağır qəza: 6 yaralı - ANBAAN GÖRÜNTÜLƏR

Marneuli-Sadaxlı magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib

Aktual.ge-nin xəbərinə görə, iki "Opel" markalı avtomobil toqquşub.

Əldə edilən məlumata görə, avtomobillərdən biri idarəetməni itirərək yol kənarında dayanan iki piyadaya çırpılıb. Nəticədə, avtomobillərdə olan şəxslər də daxil olmaqla, ümumilikdə 6 nəfər yaralanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar təcili tibbi yardım vasitəsilə Marneulidəki klinikalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Patrul polisi hadisə yerində araşdırma aparır.

ŞƏRH YAZ
10