Yanacaq qiymətlərində son dəyişikliklər Sürücülər üçün sürpriz var
28.04.2025 01:30
1770
İqtisadiyyat
A
Yanacaq qiymətlərində son dəyişikliklər Sürücülər üçün sürpriz var

Qlobal bazarda neftin qiyməti əvvəlki günlərlə müqayisədə bir qədər artıb. Belə ki, son ticarət nəticəsində WTI növlü xam neftin beynəlxalq göstəricisi 63.02 dollar səviyyəsində müəyyən edilib ki, bu da 0.37%-lik artıma işarə edir.

Aktual.ge xəbər verir ki, brend növlü neftin qiymətində isə artım 0.48% təşkil edib və bir barelin qiyməti 66.87 dollara bərabərləşib.

Xatırladaq ki, mart və aprel aylarının əvvəlində qlobal bazarlarda neftin qiymətində kəskin eniş qeydə alınmışdı. Bunun fonunda mart ayının sonunda Gürcüstanda da yanacaq qiymətlərində dəyişiklik müşahidə olundu və 5-10 tetri (təxminən qəpik) ucuzlaşma baş verdi.

Cari həftə Gürcüstanın Rəqabət Agentliyi avtomobil yanacağı üzrə monitorinq nəticələrini dərc edib. Agentliyin bildirdiyinə görə, milli valyutanın sabitliyi və beynəlxalq bazarlarda xam neft/Platts qiymətlərinin azalma tendensiyasının davam etdiyi halda, Gürcüstanda pərakəndə yanacaq qiymətləri qısa müddətdə (may ayında da) azalmalıdır.

Aktual.ge Gürcüstan üzrə brend yanacaqdoldurma məntəqələrində mövcud olan yanacaq qiymətlərini təqdim edir:

SOCAR

Nano Super – 3.50 lari

Nano Premium – 3.10 lari

Nano Euro Regular – 2.93 lari

Euro 5 Dizel – 3.04 lari

Nano Euro 5 Dizel – 2.95 lari

Gulf:

G-Force Super – 3.53 lari

G-Force Premium – 3.13 lari

G-Force Euro Regular – 3.03 lari

Euro Regular – 3.93 lari

G-Force Euro Dizel – 3.09 lari

Rompetrol:

Efix Super – 3.63 lari

Efix Euro Premium – 3.19 lari

Euro Regular – 2.99 lari

Efix Euro Dizel – 3.15 lari

Euro Dizel – 3.05 lari

Wissol:

Eko Super – 3.52 lari

Eko Premium – 3.12 lari

Euro Regular – 2.95 lari

Euro Dizel – 2.99 lari

Eko Dizel – 3.07 lari

Dizel Energy – 2.94 lari

Portal:

Premium – 2.79 lari

Euro Regular – 2.59 lari

Euro Dizel – 2.69 lari

ŞƏRH YAZ
10