
"Baxmayaraq ki, namizəd statusu Gürcüstana qarşı şantaj aləti kimi nəzərdə tutulmuşdu, biz nə şantaja boyun əydik, nə də namizəd statusu almadan qaldıq".
Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Avrointeqrasiya əsas xarici siyasi prioritet olaraq qalır.
"Biz düşünürük ki, 2030-cu ilə qədər bu barədə düşünmək kifayət qədər real olacaq. Konkret olaraq, 2030-cu ilə qədər biz Avropa İttifaqına üzv olmaq üçün bütün digər namizəd ölkələrdən daha hazırlıqlı olacağıq. Bu, həm demokratiya, insan haqları, hüququn aliliyi, həm də iqtisadiyyat və Avropa İttifaqına inteqrasiya üçün ümumi hazırlıq baxımından keçərlidir. Buna görə də biz ölkəmizin gələcəyinə bütün aspektlərdən çox optimist yanaşırıq", - deyə İrakli Kobaxidze "İmedi" telekanalının efirində söyləyib.